Şairlər tabutda böyük görünür
Mən suya heyranam, torpağa heyran,bir tənək əkirsən, yüz qanad verir.Ədalət istəyir şair Zamandan,o da əvəzində fəxri ad verir.
Əyir tərəzini qiymət ölçüsü,qınıq şüşələri naxışlayırlar.Korlara – işığı, karlara – səsi,lallara – kürsülər bağışlayırlar.
Şairlər fillər tək bir ömür sürür,sümüyü gərəkdi özündən qabaq.Şairlər tabutda böyük görünür,təriflər tabuta deyilir ancaq.
Deyin, məclisimə gəlməsin mənim,ilhamsız ilhamlı iddiasında.Adlar, təxəllüslər oxunmur, deyin, –Hüseyn oxunur el arasında.
Hüseyn güllərin öz nəfəsiydi,qəbrinə səpirdik sükut içində.Hüseyn güllərin ən təzəsiydi,torpağa basdırdıq tabut içində.
O yerdən gül bitdi şairə nişan,dünyanın çərxini döndərən şair.Yer altda çürüyən, yerə qarışan,yer üstə ətrini göndərən şair.
Vətən bir sinəyə köçürülürdü,vətəndi şairin ürək parçası.Hər cığır bir misra şerə dönürdü,var ol, şerimizin on bir hecası!
Namərd sözlərimi yozub keçməsin,axtarıb tapmadım sənə bir əvəz.Qışqıran şairlər yüz şeir desin, –bircə “Meşəbəyi” şerinə dəyməz.
Yaşayır bu eşqin, bu etibarın,eşq dedim, hər canda bu yoxdu, şair.Bizim kürsümüzdü sənin məzarın,kürsülər məzardan soyuqdu şair.
Kitabxana.az · https://kitabxana.az/ru/works/neriman-hesenzade-sairler-tabutda-boyuk-gorunur
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Elə bil mən səndən uzaqlaşıram,qulaq as, gör sənə nə deyir könül.
Mənim sevincimSən getdin həsrətin qaldı canımda,sonradan mat qaldım, düzü, bir şeyə.
LəyaqətNə qədər ağırdı səndən ayrılıbbaşqa bir iqlimə səfər eləmək.
Gəl, “mənim yaşıdım”Sevməyən kəslərin ürəyi darmış,*min il də köhnəlməz bu duyğu, bu hiss.*