Düz deyir könül
Elə bil mən səndən uzaqlaşıram,qulaq as, gör sənə nə deyir könül.Yaş ötür mən amma uşaqlaşıram,bir ana qucağı istəyir könül.
Sinəmə sığışmır bəzən təlaşım,Sən de, necə susum, necə danışım?!Susmaq istəyirəm, din deyir yaşım,dinmək istəyirəm, sus deyir könül.
Namərd aramıza girmək istədi,unudub hörməti, eşqi izzəti.Mən yaşaram dedim, könül yox, dedi,Mən yalan demişəm, düz deyir könül.
Kitabxana.az · https://kitabxana.az/ru/works/neriman-hesenzade-duz-deyir-konul
Клавиши ← → для перехода, R — случайное стихотворение