Neçə ki, qız idin,qayğısız idin,yerin çəkisizlik tərəfindəydin.Rezin bir şar idi elə bil torpaq,atırdın, tuturdun... od idi qanın.Fəlsəfi mənası yox idi o vaxtsənin nəzərində hələ dünyanın.

Adamlar, gülüşlər başqaydı o vaxt,həyat gah əyləncə, gah ovsun idi.İmtahan zamanı “dörd”, ya “beş” almaqbəlkə də yeganə bir arzun idi.

İndi gözlərində bir özgə qayğı,ötən gün hardasa batan səs imiş.Gəlinlik – ağappaq badam budağı,bir ömrün zəriflik mərhələsiymiş.

Sənin nəfəsinin hərarətindəelə bil Günəşin od nəfəsi var.Həya var, ismət var hərəkətində, –qədim bir millətin ənənəsi var.

Gözümə o nuru, o baxışı da,nənələr veribdi hey zaman-zaman.Gəlincik bəzəyən qız uşağı daana ürəklidir, əslinə baxsan.

Qoy yeri gəlmişkən deyim bir sözü,nə var yer üzündə anadan əziz?Sənin yastığına baş qoymaq özücəmiyyət önündə borcdu, şübhəsiz.

Halal süd əmmişik ana döşündən,yaşa, bu müqəddəs duyğular üçün.Bəlkə də qadına borcludur vətənonun böyütdüyü oğullar üçün.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов