Sənin dərdin alım, “nisyə dərd” dedin,gözündən oxudum: çəkənə yazıq!Bəlkə dediyini duya bilmədin, –biçən yaman biçdi, əkənə yazıq.

Kim ki, dərddən qaçır, o dərdə qaçır,dedim, eşitmədi kara, dərdimi.Bir pərdə bağlayır, bir pərdə açır,barmaqlar saydıqca,Sara dərdimi.

Kimsə araşdırsın qoy bu dünyanı,dərdin hüzurunda qalxsın ayağa.Dərdi kitablardan oxuyanlarınnə dərdini soruş, nə dərd de ona.

Dünya bir sərgidi seyr etmə hədər,dərdliylə dərdsizi çağır yanına, –oxşar – gün işığı, ay işığına,biri qızdırandı, biri üşüdər.

Təbiət hər dərdi çəkənə verər,bədbəxtlik – ağlayıb yaş tökəndədi.Bir ömrün mənası –o, varsa əgər,dərd çəkəndədi.kim bilir, bəlkə də.

Verir öz hökmünü gələn hər fəsil,soyuyur dilimdə sözün nəfəsi.Dərdin yiyəsi var – bu, dərd ha deyil,dərddi ki,dərdlinin yoxdu yiyəsi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов