O günlər ki, sarmaşıqlar divardan,Saçlarını bizim bağa tökərdi.O günlər ki, son baharın günəşiBuludlardan işıq dağa çəkərdi.

O günlər ki, sular ipək pərdədə,Anlaşılmaz, dərin sözlər deyərdi.Sən oxurdun titrək səslə, səsində...Ayrılığın yorğun səsi titrərdi.

Hələ o gün solmamışdı Urmidə,Nilufərlər, axan sular başında,O günlər ki, mən bir tazə gənc idim,Sən də bir qız, on dörd, on beş yaşında.

Sənin iri gözlərində yanardı,Hələ o gün, eşqin sönməz rəngləri.Bir baxışla yanaqların pörtərdi,Deyəmməzdim: – Gözəl, bircə bax bəri.

Yadındamı, bir gün səhər açarkən,Səbətlərlə dərdik yaqut üzümlər?Bir il sonra içdik vəslin badəsin,Ay doğarkən, büllur camda, ey dilbər!

Xəzan oldu... xəzan bilməz Urmiyə!Söndürdülər elin yanan ocağın.Sən də soldun “davudilər” solarkən,Verməz oldu ellər sənin sorağın.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов