Bir dünya gözəli, bir adı pünhangörüşə qaçırdı əlində dəftər.Bir vaxta düşmüşdü görüş, imtahan;orda da, burda da gözləyirdilər.

Müəllim, rəhm elə çıxsa yadından,bir az fikirləşsə, bir az macal ver.O da imtahandı, bu da imtahan,məhəbbət fənnindən qıza sual ver.

Elə məqam düşüb, o ürək açıb,Çəmənə iz düşür, izə şeh düşür.Bəlkə taleyinin dalınca qaçıb,qız “üç”ə danışsa, qıza “beş” düşür.

Səadət diləyək gərək o qıza,göz nurla sevinsin, ürək eşq ilə.Oğlandan “beş” alıb, səndən “üç” alsa,nuş olmaz müəllim, “üç”ü “beş” eylə.

O da imtahandı, bu da imtahan;demə orda bilən, burda bilməyir.Eşqin pedaqoji qanunlarındanSizin fakültədə dərs keçilməyir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов