“...çəkilmişəm qınıma.... qorxuram mən, –yalan desəm Tanrıdan,doğru desəm bəndədən”.B.Vahabzadə

Sən belə demədin bir zaman şair, –başında şimşəklər çaxanda belə!Qırx il sətiraltı qışqıran şair,susarmı səngərdən qalxanda belə?!

Bəndənin evini yıxdı yalanlar,o başa düşmədi faş olanacan.Özün deyirdin ki,heykəl olanlardaşa basılıblar daş olanacan.

Qoy daşa bassınlar, o daş arxadır,zirvənin himnini tufanlar deyir.Qartal – ildırımla əlbəyaxadır,yerdə – çəyirtkəni sərçələr yeyir.

Şair qəsddən ölür, əsgər güllədən,neyləmək, talelər başqadır, şair.Əsgəri sağaldıb yaşadan vətən,şairi öldürüb yaşadır, şair.

Almaz İldırıma Bakıda heykəl! –millət gah ağ deyir, gah qara yazır.Adını hər yerdən qaralayan əlindi hər qapıya, divara yazır.

Mənə “qəbahətin” birtəhər gəlir,görüb namərdləri çox köks ötürmə.Üstünə qalxanlı gürzələr gəlir, –əldən qılınc verib, əsa götürmə.

aprel, 1994

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов