Qızlar səhəng götürübgetdilər buz bulağa.Fikir tutdu əlimdən,çəkdi məni uzağa.Vaqifin gözəlləriyada düşdü, ay haray!O əsrdən bu əsrəsəda düşdü, ay haray!O zəriflik,o şuxluq,o gözəllik,o surət,o təbəssüm,o qamət,o nəzakət,o ismət,Yaşayır o zamandanbu zamana,mərhaba!Yaşayana mərhaba!Yaşadana mərhaba!Siz ey əziz analar,siz ey ulu nənələr!Sizin tərbiyənizdənçıxdı bu tər sinələr.Dünyanın harasındabelə qız var, ay oğul!Sevsən, onu sev ancaqona yalvar, ay oğul!Qızlığı nə zərifdi,gəlinliyi nə əziz.Analığı əvəzsiz,nənəliyi əvəzsiz.Yaşayın siz, a qızlar!bu gözəl torpaq üstdə.Düzülsün misralarım,yol olsun, körpü olsunsiz gedən bulaq üstdə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов