İkimiz üz-üzə – sevinc ilə qəm.elə hey deyirəm bir dinlə məni.Gözlərin nə deyir, başa düşürəm,niyə çaşdırırsan dilinlə məni.

Sən olan dünyada başqadı dünyam,məhəbbət göz ilə, qaş ilə deyil.Yaşca böyük ikən uşaq oluram,görünür, böyüklük yaş ilə deyil.

Gözünlə həmreysən, dilinlə yadsan,biri doğmadırsa, o biri yaddır.Gah bərksən daş kimi, gah amanatsan,bəlkə qadınlarda bu, ehtiyatdır?

Nəfəsin ətirli, özün təzə-tər,uyuyur qoynunda yaz ilə bahar.Sən məndən özünü gözlədin, yetər,özündən gözlə ki, qabaqda yaş var...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов