Zərifa Əliyevanın xatirəsinə

Sükut içindədi muzey qəbristan,heykəllər, türbələr durur yan-yana.Daim yaraşıqdı torpağa insan, –burda məzarda da, sağlığında da.

Düyün var, hələ də açan olmayıb,dünya günahkardı deyən görmədim.Suyu – axıracan içən olmayıb,çörəyi – doyunca yeyən görmədim.

Yatır Nazim Hikmət son mənzilində,çoxdan görüşmürük, ay ustad, salam!Daşla danışıram insan dilində,dünən o canlıydı, sabah mən daşam.

Budur təbiətin sonu, əzəli,itir gör insanın güzarı harda?Yatır eldən uzaq bir el gözəli,beşiyi hardadı, məzarı harda?!

Bu necə dibçəkdi, bu necə çiçək,torpaqda gül bitib torpaqdan ayrı.Yarpağı gün döyər, meyvəni külək,bağban uzaq düşsə bir bağdan ayrı.

Gözü yolda qaldı doğma ellərin,o şəfa paylayan loğman qızıydı.O bizim ən böyük vətənpərvərindünyada yeganə bir dünyasıydı.

O, yüksək kürsüdən nitq eləyəndə,bu, yerdə oturub alqışlayardı.Xalqın şərəfinə o söz deyəndəbu ona səadət bağışlayardı.

Özü oxuyardı öz adətiləşerini, sözünü doğma diyarın.Heç vaxt onun-bunun zəmanətiləqəlbinə dəyməzdi bir sənətkarın.

Dağlıq Qarabağda şeir məclisi!Vaqif günləriydi... başqaydı dağlar.Mən də şeir dedim, sevirdi bizi,özü tanıyırdı, tanıtmırdılar.

Ucaykən hər qəlbə hörmətlə enmək,ürəyin ürəyə səyahətiymiş.

Mən onda gördüm ki, sevmək, sevilmək,insanın ən ali təbiətiymiş.

Gör kimi itirdik, ey Ulu dostum,axtar indən belə qışda, baharda.Bir dünya tapmışdın,taleyin onubir qarış torpağa dəyişdi,harda?!

Gedəni saxlamaq olsaydı mümkün,bir el yeriyərdi bəlkə də o gün.Məlhəmi olsaydı gül-çiçək ətri,çəmənlər dil açar, yoxdu, – deməzdi.Ürək istəsəydin, səndən ötəri,heç kəs ürəyini əsirgəməzdi.Su gərək olsaydı, Arazla Kürdən –Araz, Kür o səmtə axardı hökmən.Od gərək olsaydı, günəşdən əgər,töhfə gətirərdi günəşli əllər.

O yatır qoynunda əbədiyyətin,məzarı dünyadı, dünyası məzar.Eşqin ürəyində yaşayır sənin,bir eşqi bir ürək yüz il yaşadar.

Yanında olmadım, ağır günündəqəminə şərikəm, sonsuzdur o qəm!Yalnız eşq önündə, torpaq önündəəyilən o başa mən baş əyirəm!

noyabr, 1985Moskva

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине