Biri sübut elədi,qatıq qaradır, – dedi,Günəş bombozdur, – dedi.Dedi: dəmir içməli,ağacsa yeməlidir,Su əynə geyməlidir.Nə dedisə, az oldu.

¹ Tərlan Musayeva (Müəllif)

Əvvəl etiraz oldu,sonra təsdiqlədilər,yenilikdir, – dedilər.Sonra adət etdilər.Qatığı qaraltdılar,Günəşi bozartdılar.Dəmir içməli oldu,ağac yeməli oldu,su da geyməli oldu.Yaşadılar beləcə;çətinlik oldu lakinarada bir balaca –adət edənə kimi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов