Yaxşıdı ki, yaxşıdı
Üz yumuşaq, ar ilə qeyrət zəif,Bərk canımız yaxşıdı ki, yaxşıdı.
Cəmisi səkkizcə rayon satmışıq,Vicdanımız yaxşıdı ki, yaxşıdı.
Azad olan çöldə çörək tapmayır,Zindanımız yaxşıdı ki, yaxşıdı.
Qız soyunur yubkanı oğlan geyir,Dövranımız yaxşıdı ki, yaxşıdı.
İndi də qırxır bizi türk berberi,Qırxanımız yaxşıdı ki, yaxşıdı.
Qorxanımız çoxdu efirdən bizim,Orxanımız yaxşıdı ki, yaxşıdı.
İllər ilə "Qulp"a mübariz çıxan,Oğlanımız yaxşıdı ki, yaxşıdı.
Özgə yanından bizə təhlükə var,Öz yanımız yaxşıdı ki, yaxşıdı.
Aşkarımız cümlə biabırçılıq,Pünhanımız yaxşıdı ki, yaxşıdı.
18 iyun, 2000
Kitabxana.az · https://kitabxana.az/ru/works/punhan-yaxsidi-ki-yaxsidi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Azadlığa çıxdıq, hərə bir cür yola girdi,Quldur mala, puldar pula, muzdur çula girdi.
Heyrət, ey bit!Heyrət, ey bit, başda çövlanın keçal eylər məni,Ta ki, sən varsan cəmaət çox sual eylər məni.
Rita Racından qırılarElə bir dövr gələr hamı acından qırılar,Bəşərin səbri daşar, şah tacından qırılar.
Erməni arvadı varSəndə Çaplindən füzun, artistlik istedadı var,Əsl artist sənsən, o Çaplinin ancaq adı var.
Стихи других поэтов
Huş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
Keçər gedərDünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.
نیست جهان جز همین که با تو بگویمروز و شبانی به یکدگر شده پیوند
KimdiBir ağlamaq sədası gəldi guşuma,Aman ana, dur gör ağlayan kimdi,