Qərəz
İbtida əlifdən dərsim alanda,Göstərdilər mənə nə qara yaxşı.Oxudum dərsimi haraya qərəz.Yox aşıq harayına,Xalların harayına.Aşıq Hüseyn nə dediDost getdi harayına.Yar üzünə layiqmi hər ayına,Seyrağıb geyinsin nə qara yaxşı,Haləsi yetişsin haraya qərəz.
Ələ alıb tiri-kaman atanda,Həllac gəlib bu dağları atanda.Yox aşıq atanı,Müjgan oxun atanı.Aşıq Hüseyn neyləyir,Öz dostunu atanı.Oğul xalis olsa, neylər xalis atanı,Mənsuru çəkdilər nə dara yaxşı,Dağlar səcdə qıldı haraya qərəz.
Sevdiyim, cananım gündə gələndə,Büllur pəncərədən gün də gələndə.Aşıq gündə gələndə,Xalın gündə gələndə,Hüseyni yada salıb,Dostu, gündə gələndə.Dost istər ki, dostu gündə gələndə,Otaqda vurulsun nəqqarə yaxşı;Ləzzəti yetişsin haraya qərəz.
Aşıq Hüseyn deyər Nizami keçdi,Firdovsi, Füzuli, Nizami keçdi.Aşıq, Nizami keçdi,Xalın nizami keçdi.Aşıq Hüseyn hesabaGəldi nizami, keçdi.Hesabdar hesabın nizami keçdi,Ömrünü yazarlar nə qara yaxşı,Cəsədim qoyarlar haraya, qərəz?!
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-huseyn-semkirli-qerez
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · Плачи
دارو بر آستانهٔ عالم پدید نیست
Xəlil Rzaya mərsiyəQırx il öz kəfənini boğazında daşıdın,Sinəni səngər etdin, səngərlərdə yaşadın.
Əzəldən şah bizim sultanımızdırƏzəldən şah bizim sultanımızdır,Pirimiz, mürşidimiz, xanımızdır.
Şiələr, qanə batıb ol şəhi-lövlak bu günŞiələr, qanə batıb ol şəhi-lövlak bu gün,Fatimə başın açib, sinə elər çak bu gün.