Gözəldi qılığın, nə xoşdu soyun,Suyun şirin abi-həyatı kimi,Şəkərdi dəhanın, məzədi dilin,Dodaqların Misir nabatı kimi.

Altından zər geyib, üstdən qələmkar,Böyür düymə, gen küləçə, yaxa dar,Sevdiyimin əcəb gül camalı var,Bədirlənmiş ayın savatı kimi.

Başmda örpəyin bağı ipəkdən,Qızıl qotaz çal keçirdir dirsəkdən,Aylar, illər həsrətini çəkməkdən,Hüseynəm, incəldim xəyatı kimi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов