Sən bizə bir gün nəzər et, pus bizi,Barmağına lap dolayıb rus bizi.

Ya bizi gəl həzm elə birdəfəlik,Həzm edə bilmirsən əgər qus bizi.

Qız-gəlin oldu dığanın kuklası,Soxdu yerə bir belə namus bizi.

Rus da müsəlman olacaq bir zaman,Bağlayacaq Mehdi, həm İsus bizi.

Ta ki yerə enməsə Allah özü,Bəndə yetirməz düzə əfsus bizi.

Getdi şəhidlərlə təmiz qanımız,İndi yaşatmaqdadı virus bizi.

Tazə gələn «era»da biz qalibik,Təsdiq edib Nastradamus bizi.

Cəhd elə, Pünhan, düzü aşkar demə,Güdmədədir bir neçə dəyus bizi.

15 aprel 1997, Bakı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов