Yeddi nəslinçün yaratdın gün-güzəran dəf kimi,Bilmədin bir gün əsəbdən partlar insan dəf kimi.

Zalim üçün züy tutub məzluma çaldırdın çəpik,Məhbusa vurdun təpik, səs-küylü zindan dəf kimi.

Mən şəhid övladıyam bir kimsəsiz sərgərdanam,Məskənim gündüz küçə, axşam xiyaban dəf kimi.

Mən xəzinə üstə yatmış kürzələr yurdundanam,Şükr ilan yox, insanam şəffafdı vicdan dəf kimi,

Ailə-podrat üsluynan hamı barmaq əmir,Neftçi Qurban it günündə, şef Amerkan dəf kimi.

Rüşvətin təhsildə gördüm ən böyük bir rişəsin,Rişələndikcə bağı ömr etdi bağban dəf kimi.

Ağ yalanlar zurnalarnan çatdırıldı millətə.Zurnalandıqca yalan əl çaldı nadan dəf kimi.

Gir bu məktəblərdə, kolleclərdə «idman» dərsinə,Qızlara «jim» öyrədir, bir erkək aslan dəf kimi.

Hər güzəştə üz vurunca, üzdə heç üz qalmadı,Zərbələr gumbuldadı dartdıqca Vartan dəf kimi.

Müstəqillikdən mənə «kastillər»imdir yadigar,Bir də astardan ibarət milli yorğan dəf kimi.

Susdurun Pünhanı, sussun, pozmasın atəşkəsi,Get-gedə millət coşur, yazdıqca Pünhan dəf kimi.

9 avqust 1999. Bakı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине