Vərəmli həyat
Əsir doğuldum, əsir getdim, ah, gənc ikən.Vərəm ciyərlərimi dəldi, ömrümü biçdi.Bahar içində həyatım bulud kimi keçdi.Bütün ümidimi qırdı o ruzgari-mihən.Gömüldü, soldu içimdə şükufeyi-əməlim,Mənə təsəlli üçün şimdi sən yetiş, əcəlim!
Vətən, vətən! Mənə oldun məzari-yəs, nədən?Soyuq damarlarımı ah, isitmədi günəşin.Əməl çiçəklərimi heç bitirmədi yağışın.Dodaqlarımdakı al-qırmızı nədir görünən?Yaralı qəlbimin, eyvah, əksi-möhnətidir.Və ya ki, ömrümün amali-daği-həsrətidir.
Çiçəklənib dodağımda əməllərim, heyhat!Baxın, baxın nə qədər pürməlal, pürşivən.Mənə yetişdi şu solğun çiçək bir ümmətdən.İyirmi beş sənəlik bir həyat üçün sovqat.Onu təpiklədi mazi, məzara gömdü bu hal.Fəqət nasıl baxacaqdırsa bilməm istiqbal?
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-veremli-heyat
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qızıl əsrin övladı, sən əsrlər aşaraq,Eniş-yoxuş yollarda sellər kimi coşaraq,
Üç lövhəISıtmalı təbiət inlərdi yorğun,
Gənc müəllimlərəPedaqoji texnikumun on illiyi münasibətilə*– Dünən artıq bir uşaqdın, qansız, cansız, çəlimsiz!
Gənc qələmlərəGüclər yenən, fəzaları da sarsıdan səsinMən istərəm ki, ruhumun üstündə titrəsin.
Стихи других поэтов · О природе
Gözdə cadugərlik, xalda fitnəlik,Canım üzdü, zülfi-ənbər bu daqal,
BağlarıBir gözəl görmüşəm bizim ellərdə,Üzündə sezmişəm busə bağları.
Səfalan seyrəngahlı beynava ahuSəfalan seyrəngahlı beynava ahu,Sarf qayalar ovgahında durdunmu?
YetirrəmKönül, səbr et, gəl eyləmə əlaman,Səni bir gün o dildara yetirrəm.