Kür kənarı, səhər, gözəlcə hava,Bürünüb yamyaşıl çəmən, səhra.Oyanır çöl, çayır, bayır, dağlar,Dərələrdən gümüş sular çağlar.Saçılır tel-tel al şəfəqli işıq,Oxşayırdı təbiəti yaraşıq.İki yolçu – sevimli qırlanqıc

Bir budaqda ötürdü hey “vic-vic!”Mən də gəlməklərin edib təbrik,Oldum onlarla zövqü şövqə şərik:“Ötüşün, quşcuğazlarım, azad.Eləyin müjdə ilə könlümü şad.Çox uzun sürdü ayrılıq və səfər,Oralardan gətirdiniz nə xəbər?”

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов