Qızıl əsrin övladı, sən əsrlər aşaraq,Eniş-yoxuş yollarda sellər kimi coşaraq,Yeni doğan günəşin çiçəkli yollarındaƏmə-əmə nur, şəfəq yetişdin qollarında.Əsrin qidalarilə qüvvət aldın, canlandın,Bilik fəzalarında bir günəş kimi yandın.Şəfəqlərdən hörülmüş, ey sarsılmaz silsilə,Yaraşır desəm sizə günəşdən bir qafilə.Sizin ilə canlanar yeni əsrin həyatı,Qurşandığın silahla parlaq bu kainatı!Arş irəli, keçdiyin yerlər səni alqışlar!Qızıl əsrin tarixi hümmətinizlə başlar!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов