Fəsli-tabistanda bağü bostandaNovrəstə cavanım, gülüm, ay Şəkər!Sədrin gülşənində nari-pistanmMüştaqıdı xəstə dilim, ay Şəkər!

Görsəm camalını, çəkmərəm azar,Günbəgün şövqündən taparam mədar.Yaz dərdi-dilini, eşidim nə var,Eyhamman qandır, bilim, ay Şəkər!

Gözəlcə xaliqim yaradıb gözəl;Əndam gözəl, cəsəd gözəl, can gözəl.Öz canımı qurban eləyim əzəl,Sonra da əqrabam, elim, ay Şəkər!

Cənnəti-əlada huri, qılmansan,Eşqin gülşənində gülü reyhansan.Mən olum sədəqən, əhli-ürfansan,Bircə xəbər göndər, gəlim, ay Şəkər!

Gülsən, həvəsində mən bülbül ollam,Hər zaman yanında əhli-dil ollam,Novrəstə İmanam, özüm qul ollam,Yoxdu candan qeyri qulum, ay Şəkər!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе