Əvvəl, fikrim bir XudadanZikr eylər pünhan mənim;Bişərkdi, həm müqərrər,Odu biməkan mənim;Dürr mənim, gövhər mənim,Mayeyi-iman mənim;Əhəd mənim, Əhməd mənimKülli-insü can mənim;Ərşü kürsü lohü qələm,Gərdişi-asman mənim.

Altı, səkkiz, doqquznan birYetər on dörd yerinə;Yeddi, səkkiz on ikiynənOn dolanar sərinə;Beş dolanır yeddi ilən,On gəlir üç yerinə;Altı dördün müttəsili,Gah salır çox dərinə;On nəfərdə on iki dil,On gəlir asan mənim.

Altı beşlə doqquz üçünBir nəfər rəhbər gəlir;Beş mükəddər, bir mütəhhərZikrimə əzbər gəlir;Üç beşilən dörd məqamaMin səkkiz yüz ər gəlir;Bu işlərdən, Novrəs İman,Ağlına sərsər gəlir;Yeddi sərvər, beş qulamı,Yeddi dərftərxan mənim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви