Bu dərindi bu
Beş gün səfər etdim, bir xanə gördümBeş qapısı, bağlı, bu dərindi bu.Beş qapısı bağlı, beşi açılmış,Beşi cavab verdi: bu dərindi bu.
Beş zərdan bazarı, beşi anbarı,Beş zərdan mətahı, beşi xirdarı,Beş tərəfdə olur beş çeşmə carı,Beşini boyladım, bu dərindi bu.
Beş minbərdi, hər birində beş ayə,Beş tərəfdən zikr olunur beş ayə,Beş yerində mən oxudum beş ayə,Beşi ism eylədi, bu dərindi bu.
Beş alim əyləşib beş məqam üstə,Beşi var qocalmış, beşi novrəstə,Beşi ayaq üstə, beşi bir dəstə,Beşi səda eylər: bu dərindi bu.
Beşi ağayana, beşi mərdana,Beşidir divanə, beşi məstana,Beşidir İmana, beşi hər yana,Beşi nalə edər, bu dərindi bu.
Kitabxana.az · https://kitabxana.az/ru/works/novres-iman-bu-derindi-bu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Dost bizi buyurdu xidmət-şərifə,Dedik ki, baş üstə, kafü lamü kaf.
Həcv: Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanıQayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı
Qaçağı el saxlarQaçağı el saxlar, el bilir bunu,Elə şairi də eli saxlayar.
Gəraylı: Ellər yaylaqdan qayıtdıEllər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarım