Könlümün növrağı, şəmsü çırağıQəlbi natəvanım, bir ay əmindi.Dedim: dilbər, məni salma fərağa,Dedi: cəbr eyləsən, bir ay əm indi.

Dedim: bu bülbülün bağçası bir gül,Dedi: aldanıbsan, bağçası bir gül.Dedim: al bəzənmiş bağçası, bir gül,Dedi: bağbanı var bir ayə mindi.

Dedim: yeddi üçün tağı beşdimi?Dedi: onun gərdən bağı beşdimi?Dedim: bir budağın tağı beşdimi?Dedi: aça bilsən, bir ayə mindi.

Dedim: bu on birin yoxla on üçün,Dedi: doqquz qəbul olub on üçün.Dedim: üçü alacaqdı on üçün,Dedi: İman, doğru bir ayə əmindi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе