Güclər yenən, fəzaları da sarsıdan səsinMən istərəm ki, ruhumun üstündə titrəsin.Sübhün üfüqlərindəki daşqın şəfəq kimi,İlham verən o səslə qurulsun könül simi.Olsun o səs ayım, günəşim, asimanlarım,Şimşəklərim, qasırğalarım, kəhkəşanlarım.Sübhün bahar nəfəslərini andıran o səsHər oxşadıqca ruhumu, aldıqca hər nəfəs,Sarsın bütün vücudumu sönməz bir ehtizaz.Köksümdə saz kimi bu könül oynasın bir az.Qarşımda bir yeni, əbədiyyətlə parlayanŞux lövhələr açılsın; o şimşəkli, gurlayanSəslərlə oynasın ürəyin incə telləri.Kimdir çalan, bu hansı füsunkarın əlləri?Ey mənliyim, əməl günəşim, fəcrim, ülkərim,Kəskin səsinlə canlanır artıq şerlərim.Eşqinlə bu tənəffüs edən sənətim saqın,Ayrılmasın o səsdən aman! – Fəcrə ən yaxınUlduzlu bir səma kimi üstümdə titrəsin!İlhamımın xəzinəsi olsun o gənc səsin!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов