O hərarətlə sevdiyim gözünüYenə üç-dörd gün oldu görməyəli.Görərəm hər çiçəkdə mən izini,Qəlbimin ey sevimli şah əməli!

Kim bilir, yollarında, ey rənaYüzlər ilə boyun bükənlər var.Ah, o göz dikdiyim baxışlarınaNeçə min başqa göz dikənlər var.

Kim bilir, hər gün öpdüyüm baxışınNə qədər ruha saplanıb qalmış.O nəsim, o hava kimi axışınKim bilir, sevgilim, nələr çalmış?

Səndə incə, sevimli, cazibədarBir baxış var ki, az gülər üzümə.Həm də şimşək kimi bir an parlar,Sönər artıq gəlincə mən özümə.

O baxışlarda çırpınan ürəyimDiləyir gözlərindən hey imdad.Qəlbimi aç, görərsən, ey diləyim,Sızlayır hər telində min fəryad.

O baxışlarda sübhdən parlaqBir ziya var, büllurdan daha saf.O baxışlarda dalğadan oynaqBir şəfqət var ki, nurdan şəffaf.

Elə bir incə şersən ki, sanaÜrəyim ilk baxışda ovlandı.Şairə can verən baxışlarınaBaxsana, sənətim də bağlandı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов