İlham qaynağım
1905 mənə verdi sənət şövqünü,O ziyalı iksirdən mən də aldım qol-qanad.Duydurmuşdu göylərə ucalmanın zövqünüSevgi, inam və ümid aşılayan bir həyat.Mindim xəyal yürüşlü ilhamımın altına,O buludlu fəzanın atıldım üst qatına.
Olmuşdu cövlangahım aydınlıqlar yatağı.Qaynaşan yer üzünə yüksəklərdən baxırdım.Sevinirdim yandıqca gündüzlərin çırağı,Əngin fəza qoynunda ulduz kimi axırdım.İldırımlar, şimşəklər oynaşırdı köksümdə,Çılğın bir div nərəsi inləyirdi səsimdə.
O yerləri həqiqi cənnət sandım bir zaman.Alovlu şimşəkləri fırlatdım sağdan sola.Şəfəqlər dənizində baş vurdum hey durmadan,Buludlarda dolaşdım şimşəklərlə qol-qola.O boşluq ölkəsində aradım hər bucağı,O yerlərdə görmədim bir səadət qucağı.
Mən də bir müddət oldum səmaların şairi,Sərab kimi görünən boşluqlarda yüksəldim.Üşüdürdü qəlbimi soyuq fəza şəhpəri,Öz içindən alışan havasız bir məşəldim.Dolaşırdım dumanda yoz azmış bir qaz kimi.İnləyirdim günəşsiz, buludlu bir yaz kimi.
Vurulduğum həqiqət məgər ki, bir xəyalmış,Artırdı gündən-günə məndə tərəddüd, şübhə.Deyirdim: ah, o sevgi, inam, ümid yalanmış?Dalğınlaşırdım artıq aylar, illər keçdikcə.Girdim çılğın ruzigarın xəyal kimi gözünə,O boşluqlar yurdundan endim bu yer üzünə.Qasırğalı çöllərdən, qarlı dağlardan aşdım,Endim, cıdır oynadım boz qayalar boynunda.Bağçalarda bülbüllər dəstəsinə qarışdım,Ötdüm qırıq saz kimi çiçəklərin qoynunda.Dərələrdə inlədim yorğun qasırğa kimi,Sahillərdə oynadım əsəbi dalğa kimi.
Uğurlu bir burağanAldı məni durmadanAtdı coşqun dənizə,Köpüklərlə üz-üzəDalğalara qarışdım,Martılarla yarışdım,Dəniz kimi çalxandım,Şəfəqlərdə yıxandım,Al günəşlə əl-ələÇıxdım ordan sahilə.Doğmuşdu bir şən həyat,Qaynaşırdı kainat.Şəfəq güldü üzümə,İşıq gəldi gözümə.İndi hər uzaq, yaxınQarşımda açıq, aydın.Nə şübhə var, nə kədər,Bu gün şerimə rəhbərQəlbimdəki şölədir,Qalib, qadir kütlədir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-ilham-qaynagim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir kəndli dəvəni o qədər işlətmişdi ki, bir dəri, bir sümük qalmışdı. Dəvənin işləməyə artıq taqəti yox idi. Ona görə də kəndli dəvəni səhrada buraxıb getdi. Dəvədə nə tərpənməyə, nə də yeməyə hal var idi. Dəvəni bu vəziyyətdə görən tülkü ona yaxınlaşdı:– Dəvə baba, bu səhrada tək başına nə edirsən? Nə üçün bu qədər zəifləmisən?
MuradTiflis şəhərinin yaxınlığında Kolbasan adlı kənd var idi. Bu kəndin dörd bir yanı bağlıq, meşəlik yerlər idi. Elə ki bahar olurdu, ağaclar çiçəkləyir, təpələr, yamaclar yumşaq ot və çiçəklərlə döşənirdi; rəngbərəng güllərin ətri kəndi bürüyürdü. Səhər-axşam quşların gözəl nəğməsinin arası kəsilmirdi. Bahar çağı bu kənd o qədər gözəl olurdu ki, insan baxmaqdan doymurdu.Belə tərifini etdiyimiz kənddə Bilqeys və Murad adında bacıqardaş yaşayırdı. Bilqeys olduqca mehriban və tərbiyəli bir qız idi. Hər gün bağçalarındakı tut ağacının altında palaz salardı; oyuncaq şeylərini də yığıb öz-özünə oynardı. Arabir qonşuları Səltənət də gələrdi. Hər ikisi birlikdə deyər, gülər, oynardılar; otaq bəzəyərdilər, bir-birinə qonaq gedib gələrdilər. Ayaqsayma, gəlin-gəlin oynardılar. Arabir də atası aldığı “Uşaq gözlüyü” kitabının şəkillərinə tamaşa edər və oxuyardılar. Günləri xoş və asudə keçərdi.
ŞələquyruqQarasu kəndində Qırt-qırt xanım adlı bir toyuq və Şələquyruq adında bir xoruz var idi. Bunlar kəndin yaxınlığında bir qaratikan kolunun altında yuva eləmişdilər və bir-birilə çox məhəbbətlə dolanırdılar. Qırt-qırt xanım hər gün bir yumurta yumurtlayardı. Elə ki yumurta çoxalırdı, Şələquyruq onları səbətlərə doldurub şəhərdə satardı. Qırt-qırt xanım qızı Cik-ciklə birlikdə kənddə qalıb yuvalarına gözətçilik edərdilər.Şələquyruq satdığı yumurtaların puluna şəhərdən qırmızı köynək, güllü dəsmal və bir çox şeylər alıb gətirərdi.
Cümənin qəzəbiBir neçə il idi ki, quraqlıq keçdiyindən ayrımların əkin-biçini əmələ gəlmirdi. Quraqlıq bir dərəcədə idi ki, baharın orta ayında otlar saralıb, quruyurdu, çiçəklər solurdu, ağacların yarpaqları tökülüb, çılpaq qalırdı; dərə, təpə, çöl, çayır payız vaxtı kimi qəmgin və çılpaq bir halda görünürdü. Mal, heyvanın otlaması üçün nə ot və nə saman tapılırdı. Yazıq heyvanlar acından qırılıb, tələf olurdu. Get-gedə kəndi kasıblıq və bədbəxtlik bürüyürdü...Bir gün kəndin ağsaqqalları yığışıb, məsləhət elədilər ki, “allah nə üçün bizə qəzəb eləyir və göydən yağış yağmayır?”
Стихи других поэтов · О природе
Qanlı fələk, səndən şikayətim varYar üzünə həsrət qalan mən oldum
FərdDedim: kimdir pərişan eyləyən aşiqlər əhvalın?Səba göstərdi tari-sünbüli-zülfün ki: bu eylər
Bülbülün xatirəsinəNə səni dindirdi ölüm,nə bizi,
Gəraylı: Bir məst olmuş yağıya mənBir məst olmuş yağıya mən,Oldum yalvara yalvara