Mən də qayaların yalçın başında
Mən də qayaların yalçın başındaQartal kimi döyündüm.Əfsanələr duydum hər dağ-daşında,Köküs dərdim, öyündüm.Çox gənc ikən qüvvət gəldi bacağa,Uca təpələr aşdım.Dırmandım sel çağlayan dik bir dağa,Buludlara yanaşdım.Şaşqın-şaşqın o sahilsiz fəzaya,Baxdım bir az diqqətlə,Cadu gözlü, əngin, ülvi səmayaDaldım dərin heyrətlə.O yurdu seyr etdim incədən-incəQəlbimdə odlu duyğu.Çocuqluqdan rəhbər olan düşüncəMənə verdi bir sorğu.O sorğunu göyə verdim, sağırdı.Eşitmədi, bağırdım.Dilsiz göylər qayalardan ağırdı,Yıldırıma hayqırdım.Baxdım, artıq o ülviyyət içindəBir tükənməz boşluq var.İnandığım sərmədiyyət içindəBir əbədi yoxluq var.Tapındığım o nur saçan fələklərMəndə şübhə doğurdu.Eşqindən ilham aldığım mələklərArtıq məni boğurdu.Üzü quylu duran qübbə göylərdəBaxdıqca boş dərinlik.Atəş yurdu sandığınız o yerdəBir yaxıcı sərinlik.O boşluqlar yalnız mənə duyurduBir çox canlı həqiqət.İçimdə bir qüvvətli səs buyurdu:O “varlıq”, “sərmədiyyət”Yalnız sənin, sənin ağlın, zəkandır,Ötmə qırıq saz kimi.O boşluqlar diyarı bir ümmandır,Dumanlıqda qaz kimi.Ora girən şaşırır yol-izini,Sən ağlınla iman et!Aldanma hissə, aç ağılın gözünü,Get özünü ümman et!Şübhə, tərəddüdlər məni boğmuşdu,Birdən-birə bayıldım.Beynimdə odlu şimşəklər doğmuşdu,Son çaxışda ayıldım.Can gözüylə bir də baxdım, o göylərHeç göründü gözümə.Yalnız ağlım olmuşdu mənə rəhbər,İnandım mən özümə.Qüvvət duydum cılız bacaqlarımda,Qarşımda həp yeni yol.Yeni odlu nəğmə dodaqlarımdaMənə dedi ki: doğrul!Yeni yolçu, uğur olsun səfərin,Yürü, yollar genişdir.Qorxma, ayaq basdığın bu yerlərinYalnız başı enişdir.O düşdüyüm yerdən qalxdım, doğruldum,Qəlbim yanar məşəldi.Gözlərimdə parıldayan nur buldum,Bildim ki, hansı əldi.Hansı əldi bu gün məni dikəldən,Köküs gərdim, öyündüm.Mən də yalçın qayalarda çocuqkənQartallarla böyüdüm.Endim ordan atlas yamac belinə,Getdim sürüyə qarşı.Toxunduqca çoban sazın telinə,İnlədirdi dağ-daşı.Odlu addımlarla ona yaxlaşdım,Yer göstərdi yanında.Ruhumdakı o qüvvətə mən şaşdım,Atəş vardı canımda.Çalır, oxur anladırkən bir dastan,Oynayırdı gözləri.Qəlbimə çox toxunmuşdu o zaman,Anlatdığı sözləri.Aldım mən də el sazını əlimə,Mən çaldım, o dinlədi.Od düşmüşdü ürəyimə, diliməİçin-için inlədi.Pək gənc ikən o zamandan bəridir,O tikansız yollarda,O saçdığım toxumların bəridirSağlarda və sollarda.Mən də qayaların yalçın başındaQartal kimi döyündüm.Əfsanələr duydum hər dağ-daşındaKöküs gərdim, öyündüm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-men-de-qayalarin-yalcin-basinda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ey mənim köhnə masam, köhnə dostum, mən yenə də sənə dirsəklənərək əlimdə qələm çalışıram. Bu dəfə qələmə aldığım mövzu sənsən, ancaq sən!..Qırx ildir ki, sən mənimlə baş-başa verib ədəbi yaradıcılığımda can qoyur, mənimlə bərabər əmək sərf edirsən.
İldırımBeş pərdəli dramİ Ş T İ R A K E D Ə N L Ə R**:
Birinci pərdəSəhnə. Azərbaycan kəndlərindən birini təsvir edir. Qabaq tərəfdə kəndə gedən*dar bir yol, sağ tərəfdə İldırımın kiçik bağı və dəyirmanı. Sol tərəfdə Ba laxanımın*
İkinci pərdəSəhnə Səfi bəyin evini təsvir edir. Küçə tərəfdən iki pəncərə və həyətə açılan bö-*yük qapı. Həyət tərəfdə otaqların artırması. Ülkər pəncərədən küçəyə baxır. İldırım*
Стихи других поэтов
Arsız elin atıbdı vəli mən atanmadımÖz yürdünü satıbdı vəli mən satanmadım
Otuz yaşındaOtuz yaşında saralmaq, açılmadan solmaq;Bu iştə bir mələyin virdi-şairanəsidir.
Qabilin qars səfəriÖtən il dekabrın 2-də çox balaca bir dəstəylə, Naxçıvana anarın altmış ilini keçirməyə getmişdik. Tədbirdən sonra - ertəsi günü səbəbkarın arzu və təşəbbüsüylə və əlbəttə ki, hamımızın ürəyincə bizi Türkiyənin İqdır və Qars şəhərlərinə gəzməyə apardılar.*Əslində xudmani bir yubiley gecəsi Qarsda da oldu.*
دل من هر نفسی از تو تجلّی طلبددمیده دیده مجنون رخ لیلی طلبد