Şairin şairə təsəllisi
Ey könüllər mühəndisi şair,Qələmin öylə incə bir sahir.Ki üzündən axan o rəng, ziya,Yaradır hər zaman yeni dünya.Bir günəşdir böyük dühan, hünərin,Bir bədiə sevimli hər əsərin.Onda ağlar, gülər tülu, qürub,Onu oxşar səba edincə hübub.Onda coşqun şəlalələr çağlar,Bəzən irmaq kimi həzin ağlar.Ya üfüqlərdə parlayan yaqut,Ləl, almas, şəfəqli incə bulud.Ki ziya, rəng qaynayır və daşır,Lövhələr şərh edər ki, göz qamaşır.Onda şux qızların düyünləri var,Bəzən axşam qəmi kimi sızlar.Sənətində lirizmdir həp əsas,Yazdığın hər əsər birər Almas.Pənbə fəcrin şəfəqlərindən şən,Canlı, rəngli, çiçəkli bir gülşən.Uca sənət fələklərində əgərSöndü isə işıqlı bir əxtər,Sən yaşa, səy, hümmətin yaşasın!O dühan, canlı sənətin yaşasın!Yaşasın qəlbinə işıq sərpən,Dişi, aslan ürəkli Şükriyyən.Tukay, Aydın, Niyazi, bax bunlarYaşasın sayənizdə bərxudar.Yaşasın sənətin, dühan, hünərin,Yaşasın qəlbi coşduran əsərin.Şairin şairə təsəllisi,Hüzn, matəmlə çırpınan bu səsi,Ürəyindən silərsə hüzn, kədərYaradır fırçanız düyünlü səhər.O düyünlü səhər payın, hissən,Sənə qəm heç yaraşmayır, ol şən!
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-sairin-saire-tesellisi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mən də qayaların yalçın başındaQartal kimi döyündüm.
Ailə həyatımın on altı illiyiSəməd Vurğuna ithaf edirəm*Vurğunum, get-gedə gəncləşir könül,
BaşlanğıcSiz ey keçən aylar-illər, uzaqlaşan zamanlar,Gənc ömrümün istəyilə qucaqlaşan zamanlar,
Xalq düşməninəDayan, dayan, cahil memar, bina, otaq əyridir,Çünki o əl, o göz, qulaq, o baş, ayaq əyridir.