Başlanğıc
Siz ey keçən aylar-illər, uzaqlaşan zamanlar,Gənc ömrümün istəyilə qucaqlaşan zamanlar,Nərdəsiniz, ah, noldunuz, hankı ünsürdəsiniz?Anlatınız, varlıqmıdır, yoxluqmu məskəniniz?Vücudunuz zehnlərdə yaşayan bir xəyalmı?Ya günəşlər arxasınca sürünən bir zülalmı?Ya dumanlı keçmişləri sayıqlayan röyadır?Yoxsa sular kibi axan zamanda bir dünyadır?Əvət, ağlım, duyğum səni bu gün bir varlıq sanır,Yaşatdığın mühit kibi səni hörmətlə anır.Sən nə xəyal, nə röyasan, nə də yoxluq kölgəsi,Sənsən tarixi əks edən varlıqların gur səsi!Yaşadığım bu mühitdə belə dərin izin var,Hər yenilik, hər başqalıq həp əskilikdən doğar.Həp sənindir bu yenilik, sənindir bu tərpəniş,Təkamül və inqilabla öz şəklini dəyişmiş.Doğurmaqdır, dəyişməkdir təbiətin qanunu,Zamanlar da bu qanuna əymişdir öz boynunu.Demək, sənsən bu tarixi, gələcəyi yaradan,Yaşadığım bu mühitə təsirin var, ey zaman!Odur ki, mən gözlərimdən qaçırmadım yarını,Sənə saçdım baharımın oynaq yıldızlarını.Bütün əsrarımı açdım gecə və gündüzlərə,Sənin səyyar qucağına gömdüm bir çox xatirə.Bəziləri unudulmuş, xəyal olmuş bir çoxu,Bir qismi də gözlərimdə mürgüləyən bir yuxu!
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-baslangic
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Güclər yenən, fəzaları da sarsıdan səsinMən istərəm ki, ruhumun üstündə titrəsin.
O baxışlarO hərarətlə sevdiyim gözünüYenə üç-dörd gün oldu görməyəli.
İlham qaynağım1905 mənə verdi sənət şövqünü,O ziyalı iksirdən mən də aldım qol-qanad.
Mən də qayaların yalçın başındaMən də qayaların yalçın başındaQartal kimi döyündüm.
Стихи других поэтов
Əvvəla şərti-gözəllikdə kamal olmalıdır,Saniyən qaideyi-hüsnü camal olmalıdır.
Olmadı mümkün edim halımı cananə ərzOlmadı mümkün edim halımı cananə ərz,Mur nə qism eyləsin şahi-Süleymanə ərz.
VarYenə gözüm düşdü bir mah cəmalə,Ağ üzündə qara müşki xalı var,
GözəlinGözü bademdir, gərdəni mina,Şüşədəndir sol-sağı gözəlin.