Otuz yaşında
Otuz yaşında saralmaq, açılmadan solmaq;Bu iştə bir mələyin virdi-şairanəsidir.Otuz yaşında gömülmək məzarə, məhv olmaq;Bu bir şikəstəəməl dilbərin təranəsidir.
Əvət, bu sisli, dəyərsiz həyat üçün hər kəs,Nə umsa cümlə hədər, həp birər çocuqca həvəs...
Otuz yaşında!? Fəqət çox tühaf... nasıl, nə demək!Bu sirri bilmək üçün bir gün eylədim israr.O nazlı çöhrə şəfəqlər saçıb gülümsəyərək;Sevimli gözləri ta qarşısında xəndənisarOlan bir aynaya mətuf olub da söylədi: “Bax!Gülümsəyən bu rəsim yoxmu? Sevdiyim ancaqBu lövhədən, bu gözəl çöhrədən ibarətdir,Mən istərəm o təravətlə daimi yaşamaq...O, yirmi bir sənəlik qönçeyi-lətafətdirKi, həp təravəti-hüsniylə zövqyab olaraqHəyata qarşı gülər gözlərində istiğna,Nasıl da bənzəyir - insaf üçün - o çöhrə mana...
Əvət, şəbabımı təsvir edən o kölgə üçün,Pərəstiş eyləyərək mən həyatı sevmədəyim.Duyunca bir ufacıq inhitat o çöhrə üçünİçimdə hiss edərəm sanki bir əzabi-əlim.
Şəbabü hüsnlə az-çox həyat imrənilir;Şəbabi-afəl üçün həfreyi-məzar eyidir.
Bütün qadınlığı təsmim edən, əzib bitirən,Çoluq-çocuqlu, müşəvvəş həyat üçün daimBir iştika duyulur ruhi-lərzədarimdən,Sürəkli ömrə onunçün tənəffür etmədəyim.
Mən istəməm ki, şəbab ömr üçün sürüklənsin:Bu fikrə bir deyəcək varmı? Söylə allah için!”
— Xayır, gözəl mələk! İnsaf üçün düşündüyünüzBir az xəyalə, bir az şerə bənzəyirsə də... sizƏmin olun ki, aldanmayırsınız: yalnızBu dadlı fikri yaşatmaq qolay deyil, biliniz!
Bu gün, yarın dəyişər ruhunuz, təbiətiniz,O yolda başqalaşır zövqi-şairiyyətiniz.
Bu gün sıxıntılı zənn etdiyin sürəkli həyat,Həyati-ailə bilsən yarın nasıl sevilər?Çoluq-çocuq sənə ithaf edər də xoş nəğəmat,O dəm gözündə cahan pərdə-pərdə cilvələnər.
İnan, o türrəyi-şəbrəngin olsa bərfalud,Həyata sən yenə məftun olarsan... olma ənud!
Kitabxana.az · https://kitabxana.az/ru/works/cavid-otuz-yasinda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Трагедия в пяти действияхДЕЙСТВУЮЩИЕ ЛИЦА:
Birinci pərdəБеседка, утопающая в зелени. Весенняя звездная ночь. На столе, уставленном напитками и сладостями, электрическая лампа. Князь в белой черкеске сидит напротив Соломона, одетого по-европейски. Пьют, каждый раз с удовольствием вслушиваясь в звон тонких фужеров на высоких ножках. Девушка-служанка приносит новые лакомства. Иногда ей помогают Шакро и Марго, одетые в национальные костюмы. Из глубины сада слышится грустная лирическая мелодия, исполняемая на кяманче. Князь поднимает бокал, наполненный девушкой-служанкой, и тоном, в котором слышится беззаботное опьянение, обращается к Соломону.Князь Несчастный, пей, в бокале — солнца свет!
İkinci pərdəМайский день, ботанический сад в Тифлисе. Бассейн, увитый цветами. Слышится пенье соловьев.Лена (Входит с Марго, оглядывая окрестности). —
Üçüncü pərdəЗал в тифлисском доме. Мебель и ковры в грузинском стиле. В центре стены дверь с полураспахпутой шелковой портьерой. За нею видна гостиная, полная гостей. Слышны звуки «шура», исполняемого на кеманче. Февральская ночь. Полупьяный Шакро выходит из гостиной в зал. Из другой двери появляется опечаленная Марго с пустым подносом в руках.Шакро Печаль свою ты носишь, словно шаль.
Стихи других поэтов
Güli-gülzari-rəsalət bu gecə,Şümrdən istədi möhlət bu gecə.
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
Qəzəl: Həbibim qəddi-mövzunun əlifdir dal arasındaHəbibim, qəddi-mövzunun əlifdir dal arasındaVücudun Həzrəti-Haq saxlasın iqbal arasında
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,