Davam-dalaşım evdə bu ruzgara görəydi,Pal-paltara, həm də bu uşaqlara görəydi.

Sellər aparaydı məni bu dərdin əlindən,Dəryaya düşən yerdə məni Sara görəydi.

Şalvarımı tezdən geyib arvad işə getdi,Qırğın da elə, bir dənə şalvara görəydi.

Çox kəslərin astarı son illər üzə çıxdı,Rəbbin də elə fikri bu astara görəydi.

Ağla, oxu tarım, tükənib səbrü qərarım,Müşfiq balamın qətli, «Oxu tar»a görəydi.

Biçarə anam bilmədi neyçün məni doğdu,Dünyaya mənim gəlməyim əşara görəydi.

Nöqsanları Pünhan çıxarıb, üzlərə çırpdı,Pünhana elin tənəsi aşkara görəydi.

22 avqust 1997. Bakı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине