Uzaq Britaniyada kaman nəğməsi...Habil lal telləri dilə gətirmiş.Bir xalqın köksündən gələn ah səsi,Başqa bir xalqı da inildədirmiş.

Başqadır bu xalqın məsləki, dini,Fəqət, bu nəğməyə başlar əyilmiş.Soyuq qanunların daş sərhədiniSənətdən savayı kim aşa bilmiş?

Kamanın səsində hıçqırıq, ələm,Duyan' ürəklərə od ələnibdir.Xəzər ləpələri elə bil bu dəmTemza sahilində ləpələnibdir.Kaman nə danışır, kaman nə deyir,Belə için-için neçin inləyir?Hicran öz hökmünü verəndən bəriKaman nalə çəkir vüsal eşqinə.Bölünən bir xalqın könül telləriKamanın bağrında ağlayır yenə.Kaman susan kimiQalxıb salondanƏlində gül-çiçək bir cavan oğlanAtıldı səhnəyə...O gülə-güləÇiçək topasını verdi Habilə.Alqışlar altında endi səhnədənYenidən kamança dindi səhnədən.Mer ziyafət verir şərəfimizə,Bu gecə ayrıca hörmət var bizə.Bir kağız çıxardı Habil cibindən: -Mənə bağışlanan gülün içindənTapdım bu kağızı, görün, nə yazır.Oxuduq... Sözlərdən od-alov yağır.Oxuduq kağızı biz dönə-dönə.Oxuduq bir xalqın faciəsiniEşitdik, kamanın iniltisinəSəs verən qardaşın fəryad səsini.Mənim dilimdədi bu məktub... -Necə?-Mənim qardaşımmış o cavan oğlan.Temza sahilinə təhsil dalıncaGəlib xan Arazın sağ cinahından.Bilmirəm nə deyim kor taleyə mən?İkiyə bölündü bir ana torpaq.

Balaca bir çayı keçə bilməyənQardaşlar görüşür qürbətdə ancaq.Dalıb qəlbimizin hönkürtüsünəOxuduq məktubu biz dönə-dönə:"Ulduzları saya-sayaAyaq basır insan aya.Mənim bu taydan o tayaƏlim çatmır sənə, qardaş".

Dərddən şair olub o cavan oğlan,Zamanın qəribə oyunu varmış.Yerdə beş addımı keçməyən insanGöydə lap aya da ayaq basarmış!

Ana təbiətin düzüb-qurduğuQaydanı, hüdudu dağıdar insan.Ancaq aşa bilmir, keçə bilmir o,Özü yaratdığı həddən, hüdüddan.

Hicran öz hökmünü verəndən bəriKaman nalə çəkir bir vüsal üçün.Bölünən bir xalqın könül telləriKamanın səsində birləşir bu gün.

Oktyabr, 1978, Qlazqo

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине