Dilim qabar oldu “gəlmə” deməkdən,Sən elə əvvəl də belə dəcəldin.Keçib fırtınadan, qardan, küləkdənSən yenə bu axşam yuxuma gəldin.

Burda dərman ətri, xəstə naləsi,İtib bütün rənglər, hər tərəf ağdır.Sənin yanaqların – o dağ laləsiBurda dözməyəcək, ağaracaqdır.

Bura yuxuda da gəlmə, əzizim,Görkəmi can sıxır, ürək qanadır.Bura yuxuda da gəlmə, əzizim,Bura qəmli yerdir – xəstəxanadır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов