Qarğalar qar üstə qara xalmıdır?
Qarğalar qar üstə qara xalmıdır?Küknarlar yamyaşıl alova bənzər,Çöllərin örtüyü bəyaz şalmıdır?Təpələr çəkilmiş plova bənzər.
Qəmli xəstəxana pəncərəsindənÜrəyim qar üstə çiçək axtarır.Rusiya qışının mənzərəsindənBaxışım üçatlı xizək axtarır.
Çılpaq ağacların budaqlarındanMeh əscək sökülür qar uçqunları.Qopur bu nisgilli dodaqlarımdan:“Hanı Abşeronun yaşıl baharı?”
Hanı cır alçanın, kağız badamınYazda qar yağdıran ağ çiçəkləri?Günəş isidəmmir burda adamı,Buludlar qoynunda hey iməkləyər.
Bəyazlıq hökm edir,Nə gül, nə çəmən, –Loğmanlar axtara tapmaz səninçün.Bir az Bakı üçün darıxıram mən,Bir az bahar üçün,Bir az səninçün.
Kitabxana.az · https://kitabxana.az/ru/works/eliaga-kurcayli-qargalar-qar-uste-qara-xalmidir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gəl Kür sahilində oturaq qoşa,Bulanıq sulara edək tamaşa.
Keçdiyin yerlərdən keçib Kür çayıKeçdiyin yerlərdən keçib Kür çayı,Öpəydim öpdüyün sahilləri mən.
Muğanın qışıTəkcə dəniz deyil göyü əks edən,Sən bu gün Muğana sal güzarını.
Şair taleyiTaleyin hökmünü bilməlisən sən...Hamının qəlbindən özün halısan.
Стихи других поэтов · О природе
Yığılsın başıma dostlar, tanışlar,Otağım böyüsün kainat qədər.
Tiflisin TərifiMəcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin
Gəraylı: Bir məst olmuş yağıya mənBir məst olmuş yağıya mən,Oldum yalvara yalvara
Təcnis: Gözəl olan verir üzünə bəzəkGözəl olan verir üzünə bəzək,Gözü nərgis şümşad ayağı gərək,