Zaman-zaman ötüb zaman zəmanə bizdən ayrılıb,Zəmanələrdə az olub ki, əyri düzdən ayrılıb.

Üzün görübdü üzləri, ətin görübdü bizləri,Ətində qalmış izləri, ətin ki, bizdən ayrılıb.

Olaydı üzdə bircə üz, üzün adı olardı düz,Bir üzdə oldu ki, o yüz, hərif də sözdən ayrılıb.

Düz həll edər xeyir-şəri, düzün də düz bərabəri,Bu rəsmdir üfüq ilə gecə gündüzdən ayrılıb.

Çıxıb ova düşüb izə, tutub izi gəlib bizə,İçindəki vurub üzü və astar üzdən ayrılıb.

Düzün özüylə getkinən, sözün düzüylə getkinən,Düzün iziylə getginən əgər düz izdən ayrılıb.

Keçən ilim siçan olub, varım-yoxum qaçan olub,Öküz yolum açan olub, siçan öküzdən ayrılıb.

Sözün cəfəngi səndədir, düzün tüfəngi məndədir,Tüfəng cəfəngə tuş olub, barıt gilizdən ayrılıb.

Yazıb Baba həqiqəti, qopub sözün qiyaməti,Ömür boyu susan balıq, dinib dənizdən ayrılıb.

31 dekabr 1997, Bakı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов