Kədərli, sevincli illər
Əsrin yarısını yaşamışam,necəliyini siz deyin, dostlar.Həyatın dərdini,kədərini daşımışam.Sevincim də olub,Fəqət ötəri...Füzuli deyib:Ən böyük vüsal hicrandan doğub,şadlıq kədərdən.Mən dəvüsal üçün hicranı yaşadıram,sevinc üçün kədəri.
İnanın şair sözünə,yalan olmaz:Kədərsiz insan olmaz...Özgədir mənim kədərim,Sevinci bəlli,vüsalı bəlli,nikbin kədər,Bu günümə,sabahıma təsəlli,dəryalardan dərin kədər.O, mənim azadlıq sorağım,mübarizə yarağımdır.Yarısı səngərdə,yarısı xitabət kürsüsündəkeçən ömrümünqocalığı yox,gəncliyi yox,Bir ömrü illərə necə böləsən ki,bir gün də dincliyi yox.Dünənki səngərimdirbugünkü yazı masam.Uzunlu-qısalı atəş xəttidirmisralarımın düzümü.Yazmasam,bağışlaya bilmərəm özümü.Mən yazmasam,cəbhəmizin bir səngəri susar yəqin.Düşmən ayaq götürər üstünə vətənin.Məni məndən ayırar,ömürlük kədərin,hicranın siqləti.O zaman itirərəmbu sonuncu səadəti,Dəyişər mənasınıümid dolu,inam dolu,məni həyata,döyüşə səsləyən kədər.Sonra yüz il yaşa,kimə gərəkdir,odun kimi,bir-birinin üstünə yığılmış illər.Mən yarım əsr yaşamışam,bilmirəm az, ya da çoxdur?Fəqət bunu bilirəm,kədəri sevinclə,hicranı vüsallaəvəz etməyincəölməyə haqqım yoxdur.
Kitabxana.az · https://kitabxana.az/ru/works/balas-azeroglu-kederli-sevincli-iller
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О разлуке
Eşq camından içən kimsə huşyar olmaz,Nə bu dünyadə, qiyamətdə də bidar olmaz.
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi
Yar məniBir söz ilə mən duzağa tutuldum,Bu qərib ellərdə yaxdı yar məni,
Qal indiBir səfərim düşdü qərib ellərəQal, Səlmi naz, gözü yaşlı qal indi