Bir zaman arx kənarında gördüm səni,oturub lap yanındaoxşamaq istədimsarı, qıvrım tellərini.Baxdım,mehin yarpaqlarında titrəməsinə.Nəsə danışırdız, dodaq-dodağa,Yadımdadır yenə,Gah təsdiq edərək başını əyirdinlap torpağa qədər.Gah inkar edərəksilkələnirdin başdan ayağa qədər...Bu vaxt bir ləçəyin qopub düşdü suya,üstündə bir qarınca.Getdi arx boyunca.Baxdım,Nə çıxarmaq fikrinə düşdüm,nə də bu haqda düşündüm düzü.Mehi, qarıncanı, səniarxa tapşırıb üçünüzü getdim...Bu gün yenidən görüşdük.Fəqət nə qarınca, nə nəsim, nə də arx.Sən, büllur qabdasuya qoyulmuş zanbaq.Mən, yumşaq səndəldə oturmuşgözü eynəkli,alnı qırış-qırış,saçlarına payız qarı qonmuş bir şair...Bu gün yenidən görüşürük.Fəqət,belə görüşmək istəməzdiknə sən, nə də mən.Ancaq zamanın hökmüdür,nə edəsən...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов