Hekayət (Vardı peyğəmbər əsri bir təlxək)
Vardı peyğəmbər əsri bir təlxək,Hər sözü kani-göftguyə nəmək.Gün də bir rəng ilə o fərruxdəmGüldürürdü xəlayiqi hərdəm.Dedi bir gün cənab peyğəmbər:Kim ki, dünyadə olsa löbətgər,Ruzi-məhşər qoyanda mizani,Gətirir məhşərə xuda ani;Boynu nazik çü meyvə saplağı,Başı manəndeyi-Öhöd dağı.Bu sifətdə gəlir o səhrayə,Əhli-məhşər gülər o rüsvayə.Ol oyunbaz şəxs hazir imiş,Süxəni-Müstəfayə nazir imiş.Tez durub ərz qıldı, key mövla,Ey şəhənşahi-aləmi-məna,Sənə qurban olum məni-bikəs!Böyük oynum qalıb qiyamətə bəs.Oldu bu sözlə Müstəfa xəndan,Əfv qıldı onu xudayi-cahan.Mömini vacib oldu güldürmək,Eybi olmaz ki, sözdə olsa nəmək.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-hekayet-vardi-peygember-esri-bir-telxek
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Rəhm etmədi əhvalıma yarım, belə keçdi,Bir baxmadı ol nazlı nigarım, belə keçdi.
Vermənəm könlümü bir dilbərə bundan sonraVermənəm könlümü bir dilbərə bundan sonra,Olmanam aşiq o siminbərə bundan sonra.
Ey qüdrətin asarı sənin ərzü səmaEy qüdrətin asarı sənin ərzü səma,Ey əmri qılan kövnü məkanı peyda.
Abid və quru kəlləÇay kənarında bir nəfər abidHəqqə olmuşdu şövq ilə sacid.
Стихи других поэтов · О божественной любви
Görməmişlər pul görəndə sevinər,Ağıl gedər, elə bil ki, məst olar.
Uzun dəryaBəh-bəh, kənə bu çay nədəndir? Bu yəqindir ki, bunun əslini Allah yaradıb xəlqə, vəli Kızlı imiş tapdı bu dürri-ədəni, xarici məzhəb.Edib afaqə huveyda, salıb aləmlərə ğovğa qılıb hər işrəti icad eyləyib, Çayi-Xətanı adını qoydu Xətayi, belə pərmikər xətadır bu xətayı.
DərdimiAllahı sevərsən a Loğman həkimVarım deyim dağa daşa dərdimi
О ночь одиночества! Ночь, пощади!Я брошен. Закован я... Тьма впереди...