Dağların zirvəsində hər gün bulud görünür,Dərələrin üstüylə boz dumanlar sürünür,yarpaqlar töküləndə.Köçür bağdan-bağçadan zərif güllər, çiçəklər,Qəribə görkəm alır çəmənlər, biçənəklər...yarpaqlar töküləndə.Köçəri quşlar uçur hər gün cənuba sarı,Gərdənbəndə oxşayır durnaların qatarı,yarpaqlar töküləndə.Yolları, cığırları çən tutur, yağış yağır,Üfüqlər də daralır, asiman da darıxır,yarpaqlar töküləndə.Gündüzdən öz ömründən gecələrə pay verir,Səhər çox gec açılır, axşamlar çox tez gəlir,yarpaqlar töküləndə.İldırımın səsindən haray düşür dağlara,Yaylaqlardan qayıdır kənd yerinə mal-qara,yarpaqlar töküləndə.Otlaqları bəzəyir bağ-bostanın nəməti,Elə bil ki, ucalır ağacların qaməti,yarpaqlar töküləndə.Kəndlilər taxıl döyür, kəndlilər məhsul bölür,Şəhərlərdən, kəndlərdən payızın ətri gəliryarpaqlar töküləndə.Dizə qalxır bağlarda ağacların xəzəli,Elə bil ki, soyunur təbiətin gözəli,yarpaqlar töküləndə.Baharın təravəti payızda yaşa dolur,O daha gözəl olur, daha füsunkar oluryarpaqlar töküləndə...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе