Qış ilə baharın deyişməsi
Qış ilə növbahar düşdülər bəhsə,Bahar dedi nəbahatım var mənim,Qış dedi ki, zəhmi-zəhər kanıyam,El içində ədalətim var mənim.
Bahar der ki, mən özüm yetirrəm,Zövqi-ziynət, nuri-rəhmət bitirrəm.Süsən, sünbül, mor bənövşə bitirrəmƏlvan-əlvan nəbatatım var mənim.
Qış dedi ki, mənəm fitnə xaini,Donduraram dərələrin suyunu.Çox görmüşəm Əbu-Sinan oyunu,Əfsun olmaz təriqətim var mənim.
Bahar dedi, mən qiymətsiz bahayam,Savalan yaylağı, el evgahıyam,Cilvəli qızların seyrangahıyam,Can almağa nəzakətim var mənim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-senlik-qis-ile-baharin-deyismesi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Hanı bir cövhər ola badeyi-səhbadən əvəz?Mürdələr zində qılan kimdi Məsihadən əvəz?
Mürəbbə: Bahar fəsli yaz ayları gələndəBahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları
Yadıma düşdüAşıq, qış qurtardı, il təzələndi,Təbrizin baharı yadıma düşdü.
MiniatürlərÜzgüçütək dənizdə ay bu gecə üzür hey,Dalğalara işıqdan boyunbağı düzür hey.