Düşdü
Ay həzarat, ay camaat,Dağa qar düşdü, qar düşdü.Özüm qaldım qürbət eldə,Yada yar düşdü, yar düşdü.
Gedin deyin anasına,Sığal versin sonasına.Yar, sinənin arasına,Bir cür nar düşdü, nar düşdü.
Xəstə Qasımı qəm basdı,Yar bizi zülfündən asdı.Şeyda bülbül güldən küsdü,Gülə xar düşdü, xar düşdü.
Kitabxana.az · https://kitabxana.az/ru/works/xeste-qasim-dusdu
Клавиши ← → для перехода, R — случайное стихотворение