Həqiqət bəhrində qəvvasam deyən,Qəvvas isən, gir dəryaya üzhaüz.Aşıq deyər: üzhaüz,Sonam göldə üzhaüz,Qarı düşmən dost olmaz.Yalvararsan üzhaüz.Bir mərd ilə ilqarını vur başa,Namərd ilə kəs ülfəti üzhaüz.

Parçalandı gəmim, qaldı dərində,Qərq oldu ümmana, qaldı dərində.Aşıq deyər: dərində,Dayazında, dərində,Sidqi, qəlbi düz olan,Hərgiz qalmaz dərində.Qismət olsa o mövlanım dərində,Üz döşəyək, səcdə qılaq üzhaüz.

Xəstə Qasım cananına can deyə.Can danışa, can eşidə, can deyə.Aşıq deyər: can deyə.Vəfalıya can deyə,Görmədim hərcayılar,Cananına can deyə.Yox vəfalım, can deyənə can deyə,Bivəfasan, çək əlini üzhaüz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви