Bir ola
Dörd dəvriş istərəm Əhmədi Ləzgi,Bütün bu dünya ilə başı bir ola.Haqqın adın zikr eyliyə dilində,Dolana gərdişi işi bir ola.
Bir otaq istərəm gümüşdən kanı,Onun kərpicini gətirən hanı?Bir heyvan istərəm qırx iki canı,Başı qoltuğunda, döşü bir ola.
Mən bir nər istərəm götürə dağı,Əvsarını çəkə Əliyən Nağı.Cənnəti rizvanı behiştin bağı,Altmış min bostanın işi bir ola.
Xəstə Qasım deyər neçə min neçə,Yetmiş min darvaza, səksən min küçə.Bir alim istərəm bu sirri seçə,Hər biri min kəlmə, başı bir ola.
Kitabxana.az · https://kitabxana.az/ru/works/xeste-qasim-bir-ola
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İstərəm mən bir söz bünyad eyliyəm,Şahım, sana məlum olsun kamalım.
Lam-ləng olaMərifət bəhrində, ədəb-ərkanda,Bir igid istərəm lam-ləng ola.
OlaBir gözəl sevəsən boyu tamaşaGörən kimi könül ona bənd ola.
OlaUsta, məni gözlərinə fəda qıl,Səndən saz istərəm, amma saz ola!
Стихи других поэтов · О божественной любви
Aman Allah, çərxi-fələk əlindənQəmlər çəkib axır canə gəlmişəm
شور عشق از دل دیوانه نیاید بیرونسیل ازین گوشه ویرانه نیاید بیرون
Mən həbibi-pakizadəm, ey gunuhi-əşkiyaMən həbibi-pakizadəm, ey gunuhi-əşkiya,Bulmuşam kuyi-vəfada rahi-təslimi-riza.
QəzəllərMərhəmət etsən əgər varmı qüsuri bir gör,Xaliqin əmr eyləyib bən deyürəm rəhm eylə!