Məni sevirsənsə
Düşünsək, düz gəlməz sözünün çoxu,Ocaqsız bir evdə necə köz olar?Mənim bu qollarım yaxşısa axı,Kəndin o yolları necə pis olar?
Yüz yol oxşadığın qara saçım daZirvədən yadigar topa buluddu.Baxıb bu boyumla öyünən zamanBoylu çinarları niyə unutdun?
Məni sevirsənsə – dağları da sev,Çaylar da qəlbinə axıb qoşulsun.Yamacda tək duran balaca bir evBüllur saray kimi sənə xoş olsun.
Ot basmış bir yolam, çöləm, çiçəyəm,Çölləri sevmədin, çiçəyi sevdin.Kökümdən aralı kiməm, nəçiyəm,Gövdəsizbudaqda bəs nəyi sevdin?
Bu soyuq təmkin də məndə yenidi,Doğulub ömrümün harasındasa.Kəndə yolun düşsə axtar məni dəDəcəl uşaqların arasında sən.
Sənə bu ayrılıq gəlməsin asan,Bizə qan dağıdan ürəkdi ora.Kəndə nə! –Yüz belə oğlu olmasın,Mənəsə ömürdü, gərəkdi ora.
Eh, küskün, biganə qaçağa bənzərGöylərə şəhərdən yaxın obalar.Kəndlərdə yaşamaq pisdirsə əgər,Necə şöhrət tapıb orda babalar?!
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-rustemxanli-meni-sevirsense
Клавиши ← → для перехода, R — случайное стихотворение