Yumruqlar çiçək açıb
Gözəl dünya, təbili çal,İtib getdi qara xəyal,Qolumdakı qanlı qandalDaha paslanıb, paslanıb.
Yatar çaylar kükrəyəndə,Köhnələrim yol yeyəndə,Yurdum qırmızı geyəndə,Düşmən yaslanıb, yaslanıb.
Yelkənimi külək açıb,Tarix mənə ürək açıb,Bax yumruqlar çiçək açıbMeydan yazlanıb, yazlanıb!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-rustemxanli-yumruqlar-cicek-acib
Клавиши ← → для перехода, R — случайное стихотворение