Səndən ayru ölməgim guya ki, təqdir olmadı
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Səndən ayru ölməgim guya ki, təqdir olmadı,Yoxsa can verməkdə məndən hiç təqsir olmadı.
Yarəb, ol əğyar ilən var mocibi-bədnamlıq,Necə bir qıldım nəsihət yarə tədbir olmadı.
Zülfün ilə bağla könlümni ki, qaçar xəlqdən,Tilbənün boynunda gər bir ləhzə zəncir olmadı.
Keçmədi bir dəm ki, yüzüm üzrə müjgan bükmədən,Bu mənim dudi-dilim qan birlə təhrir olmadı.
Макта — последний бейт с тахаллусом поэта. Kim ki, baxdı səndən ayru Kişvərinin yüzinə,Bildi kim, halı nədür möhtaci-təqrir olmadı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/kisveri-senden-ayru-olmegim-guya-ki-teqdir-olmadi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Xanı sən, ey çarəsiz dərdi-dilimnin çarəsi,Canim arami, könül məqsudi, bağrım parəsi.
Qıldı çün möhkəm qəza eşqin bilə peyvəndimiQıldı çün möhkəm qəza eşqin bilə peyvəndimi,Şad qıl sən daxı bir dəm cani-naxərsəndəmi.
Umaram səndən ki, gahi sorasan əhvalımıUmaram səndən ki, gahi sorasan əhvalımıKim, biləsən ruzigarın möhnətindən halımı.
Ğəmi-eşqün məni avarə qıldıĞəmi-eşqün məni avarə qıldı,Fəraqın yürəgümni parə qıldı.
Стихи других поэтов · О любви
Çoxdandır əllərin əlimə dəymir,Niyə bu köhnə dost köhnəlmiş oldu?
Əyil sular üstə!Əyil sular üstə, tökülsün kölgən,Oxşasın kölgəni çeşmənin əli.
İtibGözəllərin arasında gözəl nigarım itib,Çiçəkli, güllü bahar vaxtı ilk baharım itib.
Yalvara-yalvaraYarım çıxıb yaylaqlara,Qaldım, yalvara-yalvara.