İtib
Gözəllərin arasında gözəl nigarım itib,Çiçəkli, güllü bahar vaxtı ilk baharım itib.
Görünməyir gözümə, inciyib yəqin məndən,Yanında sevgilimin bəlkə etibarım itib.
Xəzinəmin varı qəlbimdədir əzəl gündən,Sözüm qalıb ürəyimdə, xəzinədarım itib.
Yadımdadır, görüşərdik, onunla sahildə,Əlimdə qalmayıb artıq bu ixtiyarım, itib.
Dözümlüyəm, dözürəm ayrılıq əzabına mən,Düşünməsin ki, rəqibim bu iqtidarım itib.
Araz boyunca gəzərkən ürəkdə dərdinlə,Haray çəkib de, Süleyman, sevimli yarım itib.
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-itib
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Seyr elədim İstambulun elini,Qədəm basıb İsfahana gedirəm.
Ey dil rəvişi-aşiqi pərvanədən öyrənEy dil rəvişi-aşiqi pərvanədən öyrən,Yax atəşə cani.
Bir rəmzilə yarırn edər əhli-dilə qaş-gözBir rəmzilə yarırn edər əhli-dilə qaş-göz,Tari bili, xalq eyləyə bilməz elə qaş-göz.
ÖyrənmişŞəfa bəxş dəmin ol Həzrəti İsadan ögrənmiş,Həyatı cavidanı ləblərin Xizrindən ögrənmiş.