Sevgilim, həyatla vida çağımdaBorcunu yerinə yetirməyə gəl.Gəl, ötən günlərin xatiratını,Gəlişinlə cana gətirməyə gəl!

Gəl, başıbəlalı Təbrizdən danış,Ürəyi yaralı Təbrizdən danış,Səngərli, qalalı Təbrizdən danış,Vüsal çiçəkləri bitirməyə gəl.

Uzaqda olsan da yanımdan mənim,Qanın ayrı deyil qanımdan mənim,Canıma yaxınsan canımdan mənim –Ölsəm, məni yerdən götürməyə gəl.

Ömrümün dünəndə qaldı baharı.Mənim xoş günümdə gəlmədin, barıQırıb məftilləri, udub yolları,Məni son mənzilə ötürməyə gəl!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке