Nə qəm gər hər nəfəs xuni-dil içsəm adətimdir buNəvah olsam desəm dəmbədəm xasiyyətimdir bu

Məni sayəndən olmaz fərq qılmaq bəski pamalamBəli fərmanrəvayi-mülki-fəqrim şövkətimdir bu

Ənanımdan düşər əşk rəvanım qət'i-rahındaMənə təmkin satan simabi-səbr və taqətimdir bu

Biyabani-cünun mülküm pəlasi-fəqrdir malımYığılmış dərd və dağın başıma cəmiyyətimdir bu

Nola gər xaksar və natəvan və payimal olsam kimDiyari-eşqdə meracı-şan və şövkətimdir bu

Kəmali-xarlıq əvci-qəbuli-eşqdir QövsiSanırlar xalq nöqsanlıq qədr və qiymətimdir bu

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви