Can nədir kimsə onu eyləyə cananə fədaOla ya olmaya bir mur Süleymanə fəda

Vəchi var, bağrımı cəllad gözünün doğrar kimOla hər parəsi bir navəki-müjganə fəda

Bir təbibin yenə bimarı və dilxəstəsiyəmKi məni dərdə nisar eylər və dərmana fəda

Belə kim nami-xuda çeşmin içər qan, saqiEt ona sədəqə üçün bir neçə peymanə fəda

Sovurur göyə rəşk atəşi xakistərimŞəmə hər gah qılır canını pərvanə fəda

Mən ki bir belə suxənsaz hərifəm, QövsiNola, yarəb, olum ol çeşmi-suxəndanə fəda

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов